KXDR-in
peyk daşıyıcı raketinin buraxılışı uğursuzluqla başa çatıb.
Qaynarinfo
xəbər verir ki, bu barədə Şimali Koreyanın KCNA xəbər agentliyi KXDR-in milli
kosmik inkişaf agentliyinin bəyanatına istinadən məlumat yayıb. Deyilir ki, problemlərin
səbəbi "yeni mühərrik sisteminin və yanacaq xüsusiyyətlərinin
etibarsızlığı və qeyri-sabitliyi" olub.
Məlumata
görə, "Mannigen-1” kəşfiyyat peykinin "Çollima-1” daşıyıcı raketindən istifadə
etməklə orbitə çıxarılması planlaşdırılırdı. Buraxılış zamanı problemlər
yaranıb, nəticədə raket dağılıb və Sarı dənizə düşüb.
Bundan
əvvəl Cənubi Koreyanın "Yanhop” agentliyi Sarı dəniz üzərində raketin radardan
itməsi barədə məlumat vermişdi. Cənubi Koreya ordusu Şimali Koreyaya məxsus
raketin Cənubi Koreyanın Oçeon-do adasından təxminən 200 kilometr qərbdə
"anormal" uçuş nəticəsində dənizə düşdüyünü təsdiqləyib.
Alpər
Şərhlər