ABŞ Rusiyanın hazırkı prezidenti Vladimir Putini
2024-cü ildə yeni müddətə namizədliyini irəli sürərsə, onu Rusiya dövlətinin
başçısı kimi tanımayacq.
Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Konqresinə
təqdim olunan qətnamə layihəsində deyilir.
Mətndə göstərilir ki, "Putin seçkilərdəki pozuntulara
görə hakimiyyətdədir və onun fəaliyyətini davam etdirməsi qanunsuzdur”. Sənəddə
2020-ci il Konstitusiyasına dəyişiklikləri "Rusiyanın qanunlarını və beynəlxalq
öhdəliklərini pozan” kimi qeyd edib. "Putinin 2024-cü ildən sonra vəzifədə
qalmaq üçün hər hansı cəhdi ABŞ tərəfindən tanınmaması ilə nəticələnməlidir”, -
qətnamədə vurğulanır.
RİA Novosti yazır ki, sənəd qəbul olunarsa, tövsiyə
xarakterli olacaq, lakin Moskva artıq sərt bəyanatlar verib. Senator Vladimir
Cabarov xəbərdarlıq edib ki, konqresmenlər qətnaməyə səs verərsə, bu, "münasibətlərin
pozulmasına gətirib çıxaracaq”.
Ağ Evin mətbuat katibi Cen Psaki bu ərəfədə ABŞ və
Rusiya liderləri Co Bayden və Vladimir Putin arasında gələcək söhbəti istisna
etməyib. "Mən istisna etmirəm ki, ABŞ prezidenti gələcəkdə nə vaxtsa
Rusiya prezidenti ilə danışacaq", - o deyib və Amerika tərəfinin
Ukraynadakı vəziyyət və ikitərəfli münasibətlərlə bağlı Rusiya hakimiyyəti ilə əlaqə
saxlamağa davam etdiyini vurğulayıb.
Putinin özü hələ 2024-cü ildə prezidentliyə namizəd
olub-olmayacağı sualına cavab verməyib. O, yeni müddətə namizədliyini irəli sürə
və 2020-ci ildə Konstitusiyaya edilən dəyişikliklərlə əlaqədar nəzəri olaraq
2036-cı ilə qədər hakimiyyətdə qala bilər.
Şərhlər