Xəbər lenti

Bu ərazilərdə işıq kəsiləcək
Ölkə22:39 16.09.2026

Bu ərazilərdə işıq kəsiləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Biləsuvar və Cəlilabad rayonlarının bəzi ərazilərində sabah elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Qaynarinfo xəbər verir ki, buna səbəb 110 kV-luq "Cəlilabad" hava xəttində aparılacaq təmir işləridir.

Nəticədə 17 sentyabr saat 10:00-dan 13:00-dək Biləsuvarın Amankənd, Arazbarı, Cəlilabadın Alar, Günəşli və Sabirabad kəndlərinin bir sıra yerlərində enerjinin verilişində fasilə yaranacaq.