XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Azərbaycan nefti neçəyə satılır?
Ekonomiks09:36 17.09.2026

Azərbaycan nefti neçəyə satılır?

Azərbaycan nefti 122 dollardan yuxarı ticarət olunub.

Qaynarinfo xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 5,88 ABŞ dolları və ya 4,83% azalaraq 122,15 ABŞ dollarına düşüb. Bundan əvvəl Azərbaycan nefti 128,03 ABŞ dollarına ticarət edilmişdi.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 126,46 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 5,83 ABŞ dolları və ya 4,76 % azalaraq 116,62 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.