Azərbaycan 2027-ci ildə dövlət büdcəsinin 3 milyard 166 milyon manat proqnozlaşdırılan kəsirini əsasən borclanma hesabına maliyyələşdirəcək.
Qaynarinfo bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, borclanma 2 milyard 751 milyon manat nəzərdə tutulur ki, bu da kəsirin 86,9 %-ni təşkil edəcək.
Bundan başqa, kəsirin 2027-ci ilin əvvəlinə ehtimal edilən vahid xəzinə hesabının qalığı hesabına 275 milyon manat, özəlləşdirmədən daxilolmalar hesabına isə 140 milyon manat olmaqla maliyyələşdirilməsi planlaşdırılır.
Gələn il bu maliyyələşdirmədə məqsədli büdcə fondlarının vəsaitinin qalığı nəzərdə tutulmayıb.
Şərhlər