Bakıda marketdən 114 ədəd şokolad oğurlayan şəxs saxlanılıb.
Qaynarinfo-nun məlumatına görə, oğurluq hadisəsi Binəqədi rayonunda məşhur marketlər şəbəkələrindən birinin mağazasında baş verib.
Belə ki, 1990-cı il təvəllüdlü E.R. ümumi dəyəri 495,90 manat olan 114 ədəd “Alpen Gold” markalı şokolad məhsulunu ödəniş etmədən götürərək mağazadan çıxıb.
Təqsirləndirilən şəxs 1 ədədinin bazar dəyəri 4,35 manat olan “Alpen Gold” şokoladının 1 ədədini 1 manat 09 qəpiyə 20 Yanvar ərazisində tanımadığı şəxslərə sataraq 60 manat pul əldə edib.
Məhkəmənin hökmü ilə E.R. İnzibati Xətalar Məcəlləsinin 227-ci (xırda talama) maddəsi ilə təqsirli bilinib. Ona tutulduğu 2 gün çıxılmaqla, 1 ay 28 gün müddətinə inzibati həbs cəzası verilib.
Aydın
Şərhlər