ABŞ-dakı atışmada ölənlər arasında azərbaycanlılar var?

ABŞ-dakı atışmada ölənlər arasında azərbaycanlılar var?

"ABŞ-ın Las-Veqas şəhərində törədilmiş qanlı və dəhşətli faciə nəticəsində həlak olanların ailələrinə və yaxınlarına, ABŞ hökumətinə və bütün Amerika xalqına dərin hüznlə baş sağlığı veririk. Bu dəhşətli hücum nəticəsində yaralananların tezliklə şəfa tapmasını diləyirik".

Bunu oxu.az-a açıqlamasında XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

"Bu qanlı faciədə həlak olan və yaralananlar sırasında Azərbaycan Respublikası vətəndaşının olub-olmaması ölkəmizin Los-Ancelesdəki Baş konsulluğu tərəfindən araşdırılır", - deyə H.Hacıyev bildirib.

Qeyd edək ki, Las-Veqasda musiqi festivalının iştirakçılarına atəş açılması nəticəsində 50-dən çox insan həlak olub, 400-dən çox insan yaralanıb. Hadisəni törədən Las-Veqas sakini polislə atışmada öldürülüb.

Qaynarinfo.Az

XƏBƏRLƏR
BLOGLAR