Xəbər lenti

ABŞ-dan
Dünya 12:51 26.08.2019

ABŞ-dan "Skripal məsələsi"nə görə ikinci sanksiya qərarı

ABŞ-ın "Skripal məsələsi"nə görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların ikinci hissəsi qüvvəyə minib. 

Qaynarinfo xəbər verir ki, sanksiyalar çərçivəsində Rusiyaya ABŞ banklarından kredit götürmək qadağan edilib. Məhdudiyyətlər ticarət prosesinə də təsir göstərəcək, lakin hansı məhsul və xidmətlərə qadağalar qoyulacağı açıqlanmayıb. 

Xatırladaq ki, 2018-ci ilin mart ayında keçmiş rus agenti Sergey Skripal və qızı Yuliya Skripal İngiltərədə sinir qazı ilə zəhərlənib. Bir çox qərb ölkələri buna görə Rusiyanı günahkar elan edərək sanksiya və məhdudiyyətlər tətbiq edib. 

ABŞ tərəfindən qəbul edilən ilk sanksiya qərarı 27 avqust 2018-ci ildə qüvvəyə minib.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->