Dünya 14:30 15.09.2019

ABŞ-dan terror təşkilatına hərbi yardım

ABŞ PKK terror təşkilatının Suriya qolu YPG (Suriya Demokratik Qüvvələri) üçün növbəti hərbi yardımı yola salıb.

Qaynarinfo xəbər verir ki, 200 yük maşını hərbi yardım YPG-nin nəzarətində olan əraziyə keçid edib.

Qeyd edək ki, ABŞ hərbi dəstəyin İŞİD terror təşkilatı ilə mübarizə məqsədi daşıdığını iddia edir. 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən günlərdə Suriyada təhlükəsiz bölgənin yaradılması barədə açıqlama vermiş, sentyabrın sonuna qədər Türkiyə əsgərlərinin təhlükəsizliyi təmin edilməsə, hərbi əməliyyat variantını istisna etmədiyini vurğulamışdı.

Gülşən