ABŞ 100 milyard dollar dəyərində sərbəst ticarət razılaşması paketini Türkiyəyə təqdim edəcək.
Qaynarinfo xəbər verir ki, həmin razılaşma iki ölkə arasındakı ticarət həcminin 100 milyard dollara çatdırılması, Türkiyəyə "Patriot" raketdən müdafiə sisteminin satışı, "F-35" qırıcıları ilə bağlı yeni müzakirələrin aparılması, alüminium və polada tətbiq edilən gömrük vergilərinin azaldılması və s. məsələləri əhatə edir.
ABŞ-ın Türkiyədəki yeni səfiri Deyvid Sattəfild ötən həftə sazişin detalları ilə bağlı Türkiyə hökumətinə məlumatlar verib. ABŞ-ın Ticarət naziri Vilbör Ross sentyabrın əvvəllərində Türkiyənin Ticarət naziri Ruhsar Pəkcanla razılaşma barədə müzakirələr aparmışdı.
Qeyd edək ki, yaxın dövrlərdə ABŞ Prezidenti Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın görüşü baş tuta bilər.
Gülşən
Şərhlər