ABŞ əhalisinin 60%-i prezident Donal Trampdan narazıdır.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, 26-29 avqustda keçirilən anketdə iştirakı edənlərin 60%-i Trampdan narazı olduğunu, 36%-i isə razılığını bildirib. Sorğuya görə insanların 49%-i prezidentin impiçmentini istəyir, 46%-i isə buna razı deyil. 63% insan 2016-cı ildə keçirilən prezident seçkilərinə Rusiyanın müdaxiləsi məsələsinin araşdırılmasının tərəfdarıdır, 29% şəxs isə buna qarşı çıxır.
Qeyd edək ki, sorğuda 1003 nəfər iştirak edib və nəticədəki yanlışlıq ehtimalı 3,5% qiymətləndirilib.
Gülşən
Şərhlər