Dünya 21.01.2022

ABŞ Ermənistan Müdafiə Nazirliyinə 665 dollar dəyərində tibbi avadanlıq bağışladı

ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi və ABŞ Hərbi Hava Qüvvələri Briqada generalı Edvard Vohn yanvarın 19-da Ermənistan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalında keçirilən mərasimdə iştirak ediblər. 

Qaynarinfo xəbər verir ki, onlar ABŞ-ın Qlobal Sülhməramlı Təşəbbüsü çərçivəsində mobil xəstəxanaya 665.000 dollar dəyərində tibbi avadanlıq bağışlayıblar. 

Səfir Treysi öz çıxışında Ermənisanın hərbi tibb heyətinin cəsarəti və fədakarlığını qeyd edib: "Ümid edirik ki, bu avadanlıq insanların həyatını xilas etməyə və həyatlarını yaxşılaşdırmağa kömək edəcək”.

Budnan başqa, general Edvard Vohn Ermənistanın Müdafiə və Fövqəladə Hallar nazirliklərinin yüksək rütbəli rəsmiləri ilə də görüşlər keçirib.

Telman

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?