ABŞ: “FTB-nin əlində Çin ilə bağlı minə yaxın belə gizli fakt var”

ABŞ: “FTB-nin əlində Çin ilə bağlı minə yaxın belə gizli fakt var”

FTB-nin əlində Çinin intellektual mülkiyyət oğurluğu ilə bağlı minə yaxın gizli fakt var.

Qaynarinfo xəbər verir ki, bu haqda ABŞ Dövlət katibi Mayk Pompeo Kaliforniyada texnoloji sənayesi nümayəndələri qarşısında çıxışı zamanı bildirib.

Pompeonun sözlərinə görə, intellektual mülkiyyət ABŞ-ın innovativ iqtisadiyyatının əsasını təşkil edir, buna görə də onun qorunması Çin ilə ticarət danışıqlarının əsas məsələlərindən birinə çevrilib. 

Pompeo onu da vurğulayıb ki, milli təhlükəsizlik təkcə hökumətin qayığısı deyil, eyni zamanda hər kəsin işidir.

Xatırladaq ki, çərşənbə günü ABŞ və Çin ticarət sazişlərinin ilk paketini imzalamağa hazırlaşır, bundan dərhal sonra isə ikinci paket üzrə danışıqlara başlancaq.
 
Alpər
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR