Xəbər lenti

Video 11:24 29.09.2020

ABŞ helikopterlərinin Suriyada qəribə hərəkətləri videoya düşdü

 İnternet şəbəkələrdə paylaşılan görüntülərdə ABŞ helikopterlərindən birinin Tel Tamera bölgəsindən birinin necə göründüyünü, sanki monitorinq apardığını görə bilərik, ancaq bir az sonra uçuş heyəti qəfildən sürətlə istiqamətini dəyişir, onun ardınca isə ikinci döyüş maşını hərəkət edir.


Qaynarinfo xəbər verir ki, "avia.pro” nəşrinin mütəxəssisləri "bu qədər sürətli qaçışın" bir neçə səbəbinin ola biləcəyini düşünürlər.


"Yəqin ki, amerikalıları nəsə çox qorxudub. Bu, bir radio xəbərdarlığı və ya helikopterlərdə hava müdafiə sistemlərinin işə salınması ola bilər. Bu ərazidə Rusiya hərbçilərinin olduğunu nəzərə alsaq, amerikalılara məhz onların "salam” çatdırdıqlarını düşünmək məntiqli olar", - adı açıqlanmayan bir mütəxəssis qəzetə deyib.

 

Alpər

 

 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->