Xəbər lenti

ABŞ hərbi gəmisində yanğın: 21 nəfər yaralandı
Dünya 10:19 13.07.2020

ABŞ hərbi gəmisində yanğın: 21 nəfər yaralandı

ABŞ donanmasına aid "USS Bonhomme Richard" adlı döyüş gəmisində yanğın olub.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, yanğın nəticəsində azı 21 nəfər yaralanıb.

ABŞ donanmasının rəsmisi Mayk Raney gəminin Kaliforniya Ştatının San Dieqo şəhərindəki hərbi limanda olduğunu və qısa zamanda təmir işlərinə başlanılacağını bildirib.

Təxminən 1000 heyət tutumuna malik gəmidə həftə sonu olduğundan 160 ekipaj üzvü olduğunu deyən ordu rəsmisi yüngül yaralanan 4 mülki şəxs və 17 hərbçinin xəstəxanaya yerləşdirildiyini söyləyib.

Yanğının hansı səbəbdən baş verdiyi hələlik bilinmir.
 
Camal

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->