Xəbər lenti

Siyasət 17:55 27.09.2020

ABŞ Heritage Fondu müharibə ilə bağlı bəyanat yaydı - Trump Administrasiyası nə düşünür?

ABŞ Heritage Fondunun Beynəlxalq Əlaqələr üzrə direktoru Luke Coffey öz "Tvitter" hesabında cəbhədə baş verənlərlə bağlı bəyanat yayıb.

O bildirib ki, "Erməni silahlı qüvvələri və onların dəstəklədiyi silahlı qruplar Azərbaycanın 20% torpaqlarını - Dağlıq Qarabağ və bundan əlavə olaraq Ağdam, Fizuli, Cəbrayıl, Kəlbəcər, Laçın, Qubadlı və Zəngilanı işğalda saxlayır. Görünən budur ki, bu vəziyyət artıq dəyişəcək."

Məlumat üçün bildirək ki, hal-hazırda Heritage Fondu dünyanın ən nüfuzlu düşüncə mərkəzidir. Bu fond Tramp Administrasiyası üzərində böyük nüfuza malikdir və verdiyi təkliflərin 80 faizi indiki ABŞ höküməti tərəfindən gerçəkləşdirilib.
 
Mənbə: Sfera.az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->