ABŞ-ın 10 illik Türkiyə planı: 4 fərqli senari və variantlar (TƏHLİL)

ABŞ-ın 10 illik Türkiyə planı: 4 fərqli senari və variantlar (TƏHLİL)

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin törəməsi kimi tanınan RAND Corporation şirkətinin Pentaqon üçün hazırladığı hesabat daha çox çevriliş şayiələri ilə gündəmə gəlib. 15 iyul çevrilişə cəhd hadisələrindən sonra FETÖ ilə əlaqəli şəxslərin dövlət və hökumət dairələrindən uzaqlaşdırılmasının ABŞ-ı narahat etdiyi və Vaşinqtonun Türkiyə Silahlı Qüvvələri üzərindən Türkiyə ilə əlaqələri yenidən bərpa etmək istədiyi bildirilir. Hesabatda bunun üçün 10 illik alternativ senarilər yer alıb.

Qaynarinfo xəbər verir ki, Türkiyənin köşə yazarlarından Nədim Şənər sözügedən senariləri məqaləsində qeyd edib. "Türkiyənin millətçi xətti: ABŞ-Türkiyə Strateji əməkdaşlığı və ABŞ ordusu üçün qeydlər" adlı hesabatda 4 senari var.

I senari - Çətin şərik

Türkiyə problem çıxarmağa davam edən və arabir geri addım atan, lakin NATO üzvü kimi ortaq hərəkata və təhlükəsizlik məsələlərinə dəstək verməyə davam edən ölkə olacaq. Aİ və ABŞ-la əməkdaşlıqda çəkişmə davam edəcək, lakin problemlər çox dərinləşmədən həll olunacaq.

II senari - Demokratiyanın yenidən dirçəlməsi

Müxalifət partiyalarından biri və ya müxalifət ittifaqı 2023-cü il seçkilərində mövcud iqtidar üzərində qələbə qazanaraq, 2017-ci ildə konstitusiyaya edilmiş dəyişiklikləri ləğv edəcək və daha qərbyönlü xarici siyasət yürüdəcək. Bu vəziyyət ABŞ və Avropanın siyasi və təhlükəsizlik anlayışında Türkiyə ilə əlaqələrin inkişaf edirilməsində lider olacaq, Türkiyə ilə Ərəb dünyası, İsrail münasibətləri inkişaf edəcək, kürd və Kipr problemlərində yol qət ediləcək.

III senari - Strateji tarazlıq

Türkiyə NATO müttəfiqləri və Avrasiya blokundakı yeni ortaqları (Rusiya, Çin və İran) arasındakı tarazlığı açıq şəkildə təmin edəcək. Bəzən Qərbi dəstəkləyəcək, amma əsasən dəyişkən koalisiyanın parçası olacaq. Bu strategiya prezident Rəcəb Tayyib Ərdoğanın 2018 seçki manifestində yer alıb və AKP ilə MHP siyasətçilərinin dünyagörüşünü əks etdirir. Uzunmüddətli olması Türkiyə üçün risk ifadə edir və bu risk ABŞ-ın Rusiya, İran və Çinə qarşı daşındırma və müdafiə səylərini çətinləşdirir. Bu proqnoz gələcəkdə Aİ və ABŞ-la olan problemlərin həll edilməyəcəyi təqdirdə reallaşa bilər.

IV senari - Avrasiya gücü

Aİ və ABŞ-la qarşılıqlı inamsızlıq və siyasi fərqliliklər pik nöqtəyə çatsa, Türkiyə NATO-dan rəsmən ayrılacaq və Avrasiya və Yaxın Şərqdə inkişaf etməkdə olan əməkdaşlıqlarını gücləndirəcək. Belə bir gələcək hərbi toqquşma riski də ifadə edir.

Senarilərə qarşı variantlar:

Bu senarilərə qarşı ABŞ-ın qarşıdakı 10 il ərzində necə davranmalı olduğu isə bu şəkildə izah edilib:

a) ABŞ Türkiyə ilə son illərdə yaşanan gərginliklərin azaldılması məqsədilə uzunmüddətli strategiya aparmalıdır. Eyni zamanda demokratik bir müxalifət ortaya çıxıb, Türkiyəni əməkdaşlığa daha meyilli edərsə, gələcək 10 ildə əməkdaşlığı ortaq maraqlar çərçivəsində davam etdirə biləcək variantlara ehtiyac olacaq.

b) ABŞ və Türkiyənin Suriyadakı fikir ayrılıqlarını aradan qaldırmaq məqsədilə ABŞ-ın türk və kürd müttəfiqləri ilə daha cəld diplomatik müzakirələr aparması və daha çox siyasi dəyişiklik etməsi lazımdır.

c) ABŞ və NATO hərbi qüvvələrinin Türki Silahlı Qüvvələri ilə davamlı ortaq hərəkat icra etməsi Rusiyanın Türkiyə üzərindəki təsirlərinə qarşı tarazlıq yarada bilər.

d) ABŞ müvəqqəti və daimi olaraq İncirlik Hava Bazasının və Türkiyədə ABŞ və NATO-ya aid digər obyektlərin itirilməsinə hazır olmalıdır.

e) Türkiyənin milli müdafiə nazirinin nüfuzunun artması nəzərə alınaraq, ABŞ ordusu ilə Türkiyə Baş Qərargahı arasındakı dialoq artırılmalı və ABŞ-Türkiyə Yüksək Müdafiə Qrupunu yenidən canlandırmaq məqsədilə daha çox güc sərf edilməlidir.

f) ABŞ ordusu Türkiyə Milli Müdafiə İnstitutunun tədris planının formalaşdırılmasına kömək etməyin yollarını araşdırmalıdır. Beləliklə, Türkiyənin zabitlərini ABŞ hərbi məktəblərinə göndərməsi təmin edilməlidir. Bu vəziyyət uzunmüddətli olacağı təqdirdə, Türkiyə ilə hərbi əməkdaşlığın inkişafına kömək edəcək və türk ordusunun gələcəyinə, ABŞ və NATO ilə əməkdaşlığı və təşkilata bağlılığının gücləndirilməsində önəmli rol oynayacaq.
 
Camal
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR