Roskosmosun baş direktorunun beynəlxalq əməkdaşlıq üzrə müavini Sergey Savelyev amerikalıların kosmik ehtiyatları mənimsəmək hüququnu ələ keçirmək cəhdinə münasibət bildirib.
Qaynarinfo xəbər verir ki, onun sözlərinə görə, ABŞ-ın digər planetlərin ərazilərini ələ keçirmək üçün təcavüzkar planları beynəlxalq əməkdaşlığa zərər verir. Bundan əvvəl ABŞ prezidenti Donald Tramp ABŞ-ın kommersiya məqsədilə Aydakı resursların mənimsənilməsinə dəstək olacaq fərman imzalayıb.
"Kosmik məkanı ələ keçirmək cəhdləri və digər planetlərin ərazilərini əslində işğal etmək üçün təcavüzkar planlar ölkələrin səmərəli əməkdaşlığına çətinlik yaradır", - Savelyev deyib.
O, tarixdə bir ölkənin öz maraqları naminə əraziləri ələ keçirməyə başladığı zamanlarla bağlı nümunələrin olduğunu və bunun bu necə pis nəticələndiyini yada salıb.
Bununla yanaşı, Roskosmosun direktoru Dmitri Roqozin Tvitterdə qeyd edib ki, Trampın "Ayda və digər göy cisimlərində ABŞ-ın möhkəmlənməsi haqqında" və ABŞ-da koronavirus səbəbiylə fövqəladə vəziyyət haqqında imzalanan iki sərəncamın bir-birilə əlaqəli ola biləcəyini vurğulayıb.
Alpər
Şərhlər