ABŞ tərəfindən İrana tətbiq edilən sanksiyaların ilk mərhələsinə rəsmi olaraq start verilib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, sanksiyalar İranın ABŞ dollarını əldə etməsinə, qızıl və s. dəyərli metallar, alüminium, kömür ticarəti, sərnişin təyyarəsi hissələrinin idxalına maneə planını nəzərdə tutur. Həmçinin xarici firmaların İranın avtomobil sektoruna daxilinə, əl işi xalça, şam fıstığı və s. qida məmulatlarının ABŞ-a ixracına embarqo qoyulacaq.
Sanskiayalardan sonra 1 milyon İran vətəndaşının işsiz qalma təhlükəsi ilə üzləşəcəyi bildirilir.
Qeyd edək ki, ABŞ İranla ticarətə davam edən ölkələrə də müəyyən məhdudiyyətlər tətbiq edəcək.
Gülşən
Şərhlər