ABŞ koronavirusun yayılması ilə mübarizə üçün Ukraynaya 1,2 milyon dollar məbləğində humanitar və tibbi yardım göstərəcək.
Qaynarinfo xəbər verir ki, bu haqda ABŞ-ın Ukraynadakı səfirliyindən verilən məlumatda deyilir.
"Yardım laboratoriya sistemlərinin hazırlanmasına, xəstəliyin müəyyənləşdirilməsinə, COVID-19-ın yayılma risklərinə qarşı reaksiya verilməsi və məlumatlandırılması üçün texniki dəstək göstərilməsinə yönəldiləcək", - deyə ukraynalı diplomatlar bildirib.
Dövlətlər "seçilmiş ölkələrə" aprelin 3-dən etibarən vəsait ayırmağa başlayacaqlar.
Şərhlər