ABŞ ölən cinayətkarın dəfninə hazırlaşır: Bayden də iştirak edəcək

ABŞ ölən cinayətkarın dəfninə hazırlaşır: Bayden də iştirak edəcək

ABŞ-ın keçmiş vitse-prezidenti və Demokrat Partiyasından prezidentliyə namizəd Co Bayden ölümü bütün ölkədə geniş etirazlara səbəb olan afroamerikalı Corc Floydun dəfn mərasimində iştirak etmək niyyətindədir.

Qaynarinfo "USA Today”ə istinadla xəbər verir ki, bu barədə jurnalistlərə mərasimi təşkil edən cənazə evinin nümayəndəsi məlumat verib.

Floydun cənazəsi gələn həftə Hyustonda keçiriləcək: Bazar ertəsi kütləvi vida mərasimi olacaq, çərşənbə axşamı günü mərasim bitəcək və onun nəşi Houston Memorial Gardens qəbiristanlığında dəfn ediləcək. Mediada yayılan məlumatlara görə, beş çəki dərəcəsində keçmiş dünya çempionu, amerikalı boksçu Floyd Meyvezer-oğul təşkilatın bütün xərclərini öz üzərinə götürmək niyyətindədir.
 
Alpər
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR
X  No Image