ABŞ yüksək rütbəli myanmalı hərbçilərə sanksiya tətbiq edib.
Qaynarinfo xəbər verir ki, Dövlət katibi Mayk Pompeonun məlumatına görə, Myanmanın yüksək rütbəli 4 hərbçisinin və ailə üzvlərinin ABŞ-a girişi qadağan edilib. Həmin siyahıda Baş Qərargah rəisi Min Aung Hlaing, onun köməkçisi Soe Vin, generallar Than Oo və Aung Aung yer alıb.
Qərara səbəb, Rohinca bölgəsində 2017-ci ildə müsəlmanlara qarşı tətbiq edilən soyqırım, Myanmada insan haqları ilə bağlı vəziyyətdir.
Gülşən
Şərhlər