ABŞ Dövlət katibinin İsrail və Fələstin üzrə köməkçisinin müavini Hadi Amr atəşkəs barədə danışıqlar aparmaq üçün Tel-Əvivə gedib.
Qaynarinfo BBC News-a istinadla xəbər verir ki, Amrın BMT nümayəndələrinin iştirakı ilə İsrail və Fələstin rəsmiləri ilə görüşü planlaşdırılır.
Xatırladaq ki, bölgədəki vəziyyətin kəskinləşməsi mayın 10-da başlayıb. Beş gün ərzində HƏMAS silahlıları İsrailə təxminən 2000 raket atıb, İsrail ordusu da cavab olaraq Qəzza zolağındakı nəqliyyat hədəflərinə zərbələr endirib. Qəzzada 200 mindən çox insan elektrik xətlərinə dəyən raket zərbələri səbəbiylə işıqsız qalıb. İsrail hücumu nəticəsində 34-ü uşaq olmaqla ən azı 133 fələstinlinin öldüyü bildirilir.
BMT-nin məlumatlarına görə, şiddətlənən qarşıdurma səbəbindən Qəzzada təxminən 10.000 fələstinli evini tərk edib.
Alpər
Şərhlər