Dünya 12:32 07.11.2019

ABŞ qırıcısı Yaponiyaya raket atdı: İstintaq başladı

ABŞ-ın Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısı Yaponiyanın Aomori prefekturası üzərindəki təlim uçuşu zamanı təlim raketi atıb.

Qaynarinfo kp.ru-ya istinadən xəbər verir ki, Yaponiya İctimai televiziyası raketin 6 noyabr axşamı, təyin olunmuş təlim sahəsindən kənarda yerə düşdüyünü bildirib. Hazırda xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Mərminin axtarışı davam edir.

Baş verən insidentlə bağlı hərbi istintaq başladılıb. Yaponiyanın Müdafiə Nazirliyi bu işlə bağlı əlavə məlumat gözləyir və ABŞ tərəfindən təcili şəkildə bütün məlumatların təqdim edilməsini tələb edir.

Xatırladaq ki, keçən il Amerikanın F-15 qırıcısı Okinava adası yaxınlığında Yaponiya sahillərinə yaxın ərazidə qəzaya uğramışdı. Hərbi təyyarənin qəzaya uğraması aerodromdan qalxandan dərhal sonra baş vermişdi. Bundan bir qədər əvvəl isə F/A-18 Hornet Florida sahillərində düşmüşdü. Daha sonra bir F-16 Nevadada, biri isə Arizonada qəzaya uğramışdı.

Alpər