Dünya 17:15 16.09.2020

ABŞ rəssamı Leninin nəşini almaq istəyir: “Bir milyard da verməyə hazıram”

Amerika rəssamı David Datuna Leninin cəsədini satın alıb Vaşinqtonda özünün tikməyi planlaşdırdığı məqbərədə yerləşdirmək niyyətindədir. 

Qaynarinfo xəbər verir ki, bu barədə sənətçinin mətbuat xidməti məlumat verib. Bu təklifin səbəbi ABŞ-da sosializm və kommunizmə müraciətdə ifadə olunan dəyişikliklərdir, - Datuna deyir: 

"Amerikalılar ömürləri boyu kredit ödəməyə məcbur olduqları və tibbə sərbəst giriş imkanları olmayan təcavüzkar kapitalizm siyasətindən beziblər". 
Üstəlik, rəssam Leninin nəşi üçün üçün bir milyon dollar ödəməyə hazırdır, amma lazım olsa, bir milyard dollar da toplaya bilər.

Datuna ABŞ-ın kommunizmə doğru irəlilədiyini, buna görə Leninin onlar üçün Rusiyadan daha vacib olduğunu iddia edir. Yeni bir məqbərə yaratmaq çətin deyil, bunun üçün Leninin özü lazımdır, buna görə Datuna onu Rusiyadan almaq istəyir.

Datuna tanınmış bir ABŞ sənətçisi və kolleksiyaçıdır. Rəsmlərindən biri "Hər şeyi görən V."-ni Rusiya prezidentinə həsr edib.
 
Alpər