Dünya 14:29 07.08.2020

ABŞ Senatı hökumət rəsmilərinə TikTok-dan istifadəni yasaqladı

ABŞ Senatı federal hökumət işçilərinə Çin TikTok tətbiqetməsini qurğulara quraşdırmağı qadağan edən qanunun qəbul edilməsinə yekdilliklə səs verib.

Qaynarinfo xəbər verir ki, bundan əvvəl ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo dəfələrlə Çin mobil tətbiqetmələrinin amerikalıların şəxsi məlumatlarına ciddi təhlükə yaratdığını bildirib. 

Öz növbəsində, prezident Donald Tramp Amerika şirkətlərindən biri tərəfindən satın alınmadığı təqdirdə, TikTok-un ABŞ-da sentyabrın 15-dən etibarən bağlanacağını söyləyib.
 
Alpər