ABŞ-ın BMT-dəki daimi təmsilçisi Niki Heyli Şimali Koreyanın nüvə silahı sınağına münasibət bildirib.
"Qaynarinfo" "BBC"yə istinadən xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının Nyu Yorkda keçirilən təcili görüşündə danışan Heyli "Şimali Koreya müharibə üçün yalvarır. Amerika müharibə istəmir, lakin səbrimiz sonsuz deyil" deyib.
Niki Heyli həmçinin ABŞ-ın BMT-yə yeni həll yolu təklif edəcəyini və Şimali Koreyaya qarşı sanksiyaların daha da gücləndiriləcəyini vurğulayıb.
Qeyd edək ki, Şimali Koreya 2 gün əvvəl hidrogen nüvə silahını sınaqdan keçirib. Ölkənin yaxın dövrlərdə yeni sınaqlara hazırlaşdığı iddialar arasındadır.
Hadisə dünya ölkələri tərəfindən narazılıqla qarşılanıb və gərginliyə səbəb olub.
Gülşən
Qaynarinfo.Az
Şərhlər