Soçi Olimpiadasını boykot etmək çağırışları ABŞ dövlət departamentinin maraqlarına uyğun gəlmir. Bu barədə departamentin nümayəndəsi Cen Psaki bəyan edib.«Bu, bizim çağırışlarımızla üst-üstə düşmür», deyə Psaki bildirib.
ABŞ Konqresinin Respublikaçılar partiyasından olan nümayəndəsi Lindsi Qrem Birləşmiş Ştatları gələn ilin fevralında Rusiyanın Soçi şəhərində keçiriləcək Olimpiadanı MKİ-nin keçmiş əməkdaşı Edvard Snoudenlə bağlı vəziyyətə görə boykot etməyə çağırıb.
ABŞ-ın kəşfiyyat sirlərini yaymaqda təqsirləndirdiyi Edvard Snouden hazırda Moskvanın «Şeremetyevo» hava limanındadır və Rusiyadan sığınacaq istəyib.
Qaynar.info
Şərhlər