Amerikanın “Aerofex” şirkəti 2017-ci ildə dünyada ilk olan hava yastıqlı motosikletləri kütləvi istifadəyə verməyi vəd edir.
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, uçan motosiklet yaratmaq ideyası hələ XX əsrin 60-cı illərində meydana gəlib. Lakin indiyə kimi heç kim bu tip motosikletlərin sabit variantını yarada bilməyib. Ola bilsin ki, ilk dəfə bu ideyanı Amerikanın” Aerofex” şirkəti reallaşdıracaq.
Çünki şirkət tərəfindən sınaq nüsxələr artıq hazırdır. İki üfüqi yerləşən vint sayəsində uçan motosiklet 5 metr yüksəkliyə qalxa və bu yüksəklikdə uça bilir. Uçan motosikletin sürəti 70 km/saat təşkil edir.
Təbii ki, bu sürət normal motosikletin sürətindən aşağıdı, lakin, indiki vəziyyətdə bu mənfi yox, əksinə müsbət haldır. Belə ki, bu yeni nəqliyyat növünün nə qədər təhlükəli ola biləcəyi hələlik məlum deyil.
Qeyd edək ki, hazırda uçan motosikletlər yalnız sınaq variantında mövcuddurlar. Motosikletlər ABŞ-ın səhralıq ərazilərində test edilir.
Bu motosikletlərin qiymətinə gəlincə isə, şirkət bunun 85 min dollar civarında olacağını vəd edir.
Qaynar.info
Şərhlər