Abşeronda vulkan püskürdü: alovun hündürlüyü 300 metrə çatdı (VİDEO/YENİLƏNİB)
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib.
Qaynarinfo yenicag.az-a istinadən xəbər verir ki, bu gün saat 08:53 radələrində Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən, "Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”na daxil olan Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib.
İkinci püskürmə saat 09: 58 radələrində qeydə alınıb. Hazırda püskürmə prosesi davam edir. Alovun hündürlüyü 200-300 metrdir. Ərazidə çoxlu sayda dərinliyi 40 metrə çatan çatlar yaranıb.
Qeyd edək ki, dünyanın ikinci böyük palçıq vulkanı olan Otman-Bozdağ vulkanında son püskürmə 2017-ci il fevral ayının 6-da baş verib.
****
Səhər saatlarında Azərbaycanda vulkan püskürüb.
Qaynarinfo xəbər verir ki, püskürmə Abşeronda qeydə alınmış palçıq vulkanlardan birində baş verib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər