Xəbər lenti

Abunəçilərinin 93%-i Azercell-in Müştəri Xidmətlərinin işini yüksək qiymətləndirib (R)
Ölkə 17:11 09.08.2018

Abunəçilərinin 93%-i Azercell-in Müştəri Xidmətlərinin işini yüksək qiymətləndirib (R)

Azercell-in Telefon Mərkəzi 2018-ci ilin ilk 6 ayı ərzində daxil olan 2.302.000 zəngin 92%-ni cavablayıb.

Azərbaycanda innovativ, dünya standartlarına uyğun müştəri xidməti sistemi modelini quran və həyata keçirməkdə davam edən "Azercell Telekom” MMC bu sahədə daim öz işini monitorinq edir və təkmilləşdirir. Belə ki, şirkət tərəfindən mütəmadi olaraq keçirilən müştəri məmnuniyyəti sorğusunun 2018-ci ilin ilk 6 ayının nəticələrinə görə respondentlərin 93%-i Telefon Mərkəzinin təqdim etdiyi xidmətlərdən razılığını bildirib. Operativlik və yüksək keyfiyyətli xidmət Online Müştəri Xidmətləri və Sosial Şəbəkələr üzərindən çalışan təmsilçilərin də iş prinsipində özünü göstərib. Belə ki, Online Müştəri Xidmətləri əməkdaşları tərəfindən 105.000 sorğu cavablanıb. Facebook sosial şəbəkəsində abunəçilər tərəfindən Azercell əməkdaşlarına yönələn sorğuların 100%-i  cavablandırılıb. Məhz bu müsbət göstəriciyə görə 2018-ci ilin birinci rübündə Azercell beynəlxalq "Socialbakers” şirkəti tərəfindən "Socially Devoted” sertifikatına növbəti dəfə layiq görülüb. Şirkət Twitter sosial şəbəkəsində də abunəçilərinin bütün suallarını cavablandıraraq, yerli mobil operatorlar arasında yenidən ən yüksək nəticə nümayiş etdirib. 

Azercell Müştəri Xidmətləri 4,5 milyonluq abunəçi ailəsininin müraciətlərini araşdırıb həll edərkən ilk növbədə məxfilik, düzgünlük, tərəfsizlik, operativlik və rahatlıq prinsiplərinə əsaslanır. Fəaliyyətə başladığı gündən müştəri məmnuniyyətinin artırılmasını hədəfləyən şirkət abunəçiləri tərəfindən irəli sürülən bütün təklif və şərhləri diqqətlə araşdırır. Qeyd edək ki, Azercell Müştəri Xidmətləri və Telefon Mərkəzinin fəaliyyəti və keyfiyyəti mütəmadi olaraq beynəlxalq audit şirkətləri tərəfindən dəyərləndirilir və sertifikatlaşdırılır. Keyfiyyətli idarəetmə sisteminin öz fəaliyyətində tətbiqi, abunəçilərlə aparılan işin yüksək səviyyədə təşkilinin göstəricisi olaraq Azercell-in Telefon Mərkəzi sahəsində ISO18295, şikayətlərin idarə edilməsi sahəsində isə ISO10002:2014 beynəlxalq keyfiyyət sertifikatına layiq görülüb.   Məlumat üçün bildirək ki, Azercell 1998-ci ildə ölkədə ilk dəfə olaraq 24/7 rejimində fəaliyyət göstərən Telefon Mərkəzi, 2009-cu ildə isə Gəncədə ilk Regional Telefon Mərkəzini yaradıb. Azercell eyni zamanda ölkəmizdə ilk dəfə olaraq 2011-ci ildə Onlayn Müştəri Xidmətlərini istifadəyə verib. 2014-cü ildə Azercell Azərbaycanda Abunəçi Loyallığı İndeksini (NPS) ölçməyə başlayan ilk şirkət olub. Hazırda Azercellin Bakıda 7, regionlarda isə 27 Ekspres Ofisi fəaliyyət göstərir. Bundan əlavə, Azercell-in Bakı şəhərində 5, bölgələrdə 5 Müştəri Xidməti Mərkəzləri mövcuddur, eyni zamanda Bakı şəhərində 3 Asan Mərkəzində Azercell MX məntəqəsi fəaliyyət göstərir ki, bunlar da Azercell üçün abunəçisinin daim diqqət mərkəzində saxlanılması, rahat və keyfiyyətli xidmətlə təmin olunması prioritet amillərdəndir.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq "İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->