Xəbər lenti

Açıq məkanda reklamları icazəsiz dəyişdirənlər 15 000 manata qədər cərimlənə bilər
Ölkə 15:02 23.01.2018

Açıq məkanda reklamları icazəsiz dəyişdirənlər 15 000 manata qədər cərimlənə bilər

İnzibati Xətalar Məcəlləsinə yeni maddənin əlavə olunması təklif edilir.
 
Qaynarinfo-nun APA-ya istinadən məlumatına görə, təklif edilən 395.0.7-ci maddəyə əsasən, "Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan ölçülərindən asılı olmayaraq, açıq məkanda reklam qurğularının tikintisinə, quraşdırılmasına və onlara konstruktiv dəyişikliklərin edilməsinə” görə cərimələr müəyyənləşdirilir.
 
Buna görə fiziki şəxslər 300 manatdan 500 manata, vəzifəli şəxslər 1500 manatdan 2500 manata, hüquqi şəxslər isə 10 000 manatdan 15 000 manata qədər cərimələnəcəklər.
 
Layihə Milli Məclisin fevralın 1-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->