Ağciyərlərdə yaranan buzlu şüşənin ən effektli müalicəsi...

Ağciyərlərdə yaranan buzlu şüşənin ən effektli müalicəsi...

"COVID-19 getdikcə zəifləyir".

Qaynarinfo XəzərXəbər-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini, həkim-radioloq Aydın Əliyev deyib. O, insanların pandemiyaya qalib gələcəyini qeyd edib.

"Müalicə həkimi olmamağıma baxmayaraq, son həftələrdə yoluxub mənə müraciət edənlər arasında şəkərli diabet və hipertoniya xəstələri daxil olmaqla, antibiotik və digər lazımsız dərman preparatlarının qəbul edilməsindən çəkindirdiyim bütün xəstələr yaxşılaşıb. Digər ağırlaşan xəstələr hamısı peyvənd etməyənlər və vaxtından əvvəl lazımsız dərman preparatları qəbul edənlərdir!".

A.Əliyev həmçinin bildirib ki, COVİD-19 xəstəliyi zamanı KT-də (Kompüter tomoqrafiyası) və rentgendə görünən buzlu şüşə mənzərəsi və kölgəliklər virxov triadası nəticəsində yaranan trombozun nəticəsidir:

"Koronavirus zamanı ağciyərlərdə yaranan buzlu şüşə mənzərəsinin ən effektli müalicəsi antikoaqulyantların tətbiqidir. Antiviral və antibiotiklərin müsbət təsiri dəqiq sübut edilməyib və qaraciyərə toksiki təsir edərək virusla mübarizəni əksinə çətinləşdirir".
XƏBƏRLƏR
BLOGLAR
X