Ölkə 19:10 18.10.2020

Acun Ilıcalıdan Azərbaycana dəstək

Türkiyəli məşhur iş adamı, "TV8” telekanalının sahibi, məşhur prodüser, aparıcı Acun Ilıcalı Azərbaycanın Müstəqillik Günü ilə bağlı paylaşım edib.

Qaynarinfo xəbər verir ki, Ilıcalı "Twitter” hesabında Azərbaycanın Müstəqillik Günü həştəqi ilə təbrik ünvanlayıb:

"Biz Qarabağı xilas etmək uğrunda apardıqları ədalətli mübarizədə azərbaycanlı qardaşlarımızın yanındayıq. Mülki əhaliyə qarşı qanlı vəhşiliyə lənət edirəm! Dost və qardaş Azərbaycanın 18 Oktyabr Müstəqillik Günü mübarək”.