Ölkə 14:30 22.11.2020

Ağdamda gördüyü mənzərə dünya şöhrətli fotoqrafı dəhşətə gətirdi (FOTO)

Dünyaca məşhur fotoqraf Reza Deqati Azərbaycanın işğaldan azad edilmiş Ağdam şəhərinin fotolarını paylaşıb.

Qaynarinfo xəbər verir ki, o, "Instagram” hesabından etdiyi paylaşımda bildirib ki, şəhəri ziyarət edərkən şok olub.

Reza Deqati Ağdamı atom bombası nəticəsində məhv edilmiş Yaponiyanın Hirosima şəhərinə bənzədib.