Ağdamda sel: 2 çoban və 500 qoyun xilas edildi

Ağdamda sel: 2 çoban və 500 qoyun xilas edildi

Qarqarçay çayında suyun səviyyəsi kəskin artıb, nəticədə çayın Ağdam rayonunun Əfətli kəndi ərazisindən keçən hissəsində 2 nəfər (çoban) və təxminən 500 baş xırdabuynuzlu heyvan köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Qarabağ Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Qarabağ Regional Mərkəzinin və Ağdam Rayon İcra Hakimiyyətinin yerli qüvvələri tərəfindən həyata keçirilən birgə tədbirlər nəticəsində 2 nəfər və heyvanlar xilas olunaraq təhlükəsiz əraziyə təxliyə edilib.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR