"Ağdamdan səfərdən qayıdan anam bütün günü ağlayır".
Bunu Qaynarinfo-ya açıqlamasında ata yurdu Ağdamdan səfərdən qayıdan Xalq artisti Nəzakət Teymurova deyib. O bildirib ki, qəbirləri o vəziyyətdə görən anasının gözü qurumur:
"Ermənilər kənd qəbiristanlığımızı viran qoyublar, qəbirləri 3-4 yerə bölüblər. Daş nədir ki? Gör nə qədər aciz adamlardı ki, daşdan da qisas aıblar. Bacımın qəbirinin üstündə bir daş qalmayıb, üstü mərmər idi. Allah bəlalarını versin. Evimiz də yoxdu. Ağdam yenidən qurulsun, anam, bacılarım, qardaşım - hamısı orada yaşayacaq. O günü səbirsizliklə gözləyirik. Gedirsən bir dərd, getmirsən də bir başqa dərd. Anam Ağdamdan gələndən sonra gözünün yaşı qurumur. Qəbirləri elə yaralı görən anam bütün günü ağlayır. Nənəmin, dayımın qəbir daşlarını qırıq-qırıq ediblər, şükürlər olsun ki, torpaqlar özümüzdədir".
Bahar Rüstəmli
Şərhlər