Ölkə 21:31 27.07.2021

Ağdaşda COVID pasportu olmayan qonaqların toya girişinə icazə verilmədi

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şadlıq saraylarında təşkil edilən toy mərasimlərində  keçirilən yoxlamalar zamanı qonaqlardan bəzilərinin COVID-19 pasportu olmadığı müəyyən edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, "Ağ saray”, "İnci”, "Ümid” və "Səma” şadlıq saraylarında mərasimə dəvət edilən qonaqlardan 50-sinin COVID pasportu olmadığı üçün onların saraya girişinə icazə verilməyib.