Xəbər lenti

Ağdərəyə 30 sm qar yağdı - FAKTİKİ HAVA
Ölkə 11:30 25.01.2020

Ağdərəyə 30 sm qar yağdı - FAKTİKİ HAVA

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynarinfo-ya verilən məlumata görə, yanvarın 25-i səhərədək ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, sulu qar, qar yağıb. 

Düşən yağıntının miqdarı: Lerikdə 9 mm, Altıağacda 5 mm, Quba, Xaltan, Astara, Ağdərədə 4 mm, Ordubadda 3 mm, Qusar, Qrız, Xaçmazda 2 mm, Nabran, Xınalıq, Şabran, Yardımlı, Mərəzə, Gədəbəy, Daşkəsən, Şahbuz, Biləsuvar və Naxçıvanda 1 mm,

Maştağada 4 mm, Bakı və Binədə 3 mm, Sumqayıt və Zabratda 1 mm təşkil edib.

Qar örtüyünün hündürlüyü Ağdərədə (Ordubad) 30 sm, Altıağac, Lerikdə 17 sm, Xaltan və Qrızda 10 sm, Xınalıqda 9 sm, Qubada 7 sm, Sarıbaşda (Qax) 6 sm, Qusarda 4 sm, Şahbuzda 2 sm, Nabran, Yardımlı və Ordubadda 1 sm olub.

Havanın minimal temperaturu Bakıda 0 dərəcəyə yaxın, dağlıq rayonlarda 7-12 dərəcə şaxta, yüksək dağlıq rayonlarda 16-19 dərəcə şaxta olub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->