İsveçrəli məşhur aktyor Bruno Qanz 77 yaşında vəfat edib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, aktyor xərçəng xəstəliyindən dünyasını dəyişib.
Qanz karyerası ərzində 100-dən çox filmə çəkilib. Onun ən məşhur rolu isə "Untergang" ("Çöküş") filmində canlandırdığı Adolf Hitler obrazı olub. Qanz Avropa Film Mükafatları, Federal ləyaqət və Qızıl kamera kimi bir çox beynəlxalq mükafatlara layiq görülüb.
Şərhlər