Gülağa Aslanlı: “Biz o abidənin qarşısına gedərkən təkcə Rəsulzadəni deyil, bütün tərəfdaşlarını yad edirik”“Sərdar Cəlaloğlu Cümhuriyyətin yaradıcılarına hakimiyyətin qoyduğu abidəni nəzərdə tutursa, getsin ziyarət eləsin, etirazımız yoxdur”.
Bunu
Qaynar.info-ya Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı ADP sədri Sərdar Cəlaloğlunun Məhəmməd Əmin Rəsulzadə ilə bağlı mövqeyinə münasibət bildirərkən deyib. O bildirib ki, cümhuriyyəti quranların hər birinin ruhu qarşısında hesabat verilməlidir: “Həmin insanlar yad edilməlidir. Onların içində Azərbaycanda mövcud olan abidə Məhəmməd Əmin Rəsulzadənin abidəsidir. İdeologiyanın rəhbəri də Məhəmməd Əmin Rəsulzadədir. Biz o abidənin qarşısına gedərkən təkcə Rəsulzadəni deyil, bütün tərəfdaşlarını yad edirik. Bu, çıxışlarda da xüsusi qeyd olunur”.
Qeyd edək ki, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu APA-ya açıqlamasında deyib ki, Azərbaycan Xalq Cümhuriyyətindən danışarkən, yalnız Məhəmməd Əmin Rəsulzadəni düşünülürsə, bu, yanlış yanaşmadır. Çünki cümhuriyyətçiliyin əsas simvolu institutlardır, adamlar deyil. Bu şahlıq rejimi deyil ki.
S. Cəlaloğlu deyib ki, respublikanın ilk elementi parlamentarizm olduğuna görə, dünyanın istənilən ölkəsində cümhuriyyətçiliklə bağlı tədbirlər ilk parlamentin binasında və ya bununla bağlı qoyulan ümumi abidə qarşısında keçirilir.
İlkin
Qaynar.info
Şərhlər