Video 13:14 06.04.2020

ADY-dən eşitmə məhdudiyyətli insanlar üçün mühüm addım

Azərbaycanda yeni növ koronavirusun yayılmasının qarşısının alınması üçün əhalinin bütün qruplarının maarifləndirilməsi çox vacibdir. Bu baxımdan informasiyaya çıxışı məhdud olan insanların məlumatlandırılması xüsusi əhəmiyyət kəsb edir.

Qaynarinfo xəbər verir ki, bununla bağlı "Azərbaycan Dəmir Yolları" QSC sosial əhəmiyyətli addım atıb. Belə ki, qurum tərəfindən hazırlanan surdotərcüməli videoçarx eşitmə məhdudiyyətli insanların COVID-19 infeksiyası mövzusunda maarifləndirilməsinə xidmət edəcək.

Mövcud vəziyyətdə fiziki məhdudiyyətli şəxslərin dəstəyə daha çox ehtiyacı var. Qurum insanları həmrəylik və birlik nümayiş etdirərək, fiziki məhdudiyyətli şəxsləri bacardığımız qədər diqqət və qayğı ilə əhatə etməyə çağırıb.