Xəbər lenti

Afaq Bəşirqızının səhhətində problem yarandı
Sənət 18:56 01.03.2021

Afaq Bəşirqızının səhhətində problem yarandı

Xalq artisti Afaq Bəşirqızının səhhətində problem yaranıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Elgizlə izlə” proqramında məlumat verilib.

Verilişin aparıcısı Elgiz Əkbər qeyd edib ki, aktrisa 1995-ci ildən ağır arterozdan əziyyət çəkir. Bildirilib ki, xəstəlik ağır formada yenidən qayıdıb:

"Xəstəlik bədənə yayıldıqca yerimək və iş görmək qabiliyyəti çətinləşib. Dörd dəfə əməliyyat olunub. Dizində, belində əməliyyatlar edilib. İndi əvvəlkindən də çox ağrıyır. Afaq xanım uzun müddətdir kök hüceyrə mütəxəsissləri araşdırır”.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->