Xəbər lenti

AFFA
İdman 10:49 21.12.2018

AFFA "Kəpəz"in maaşlarını ödəmir

Faktiki olaraq rəhbərsiz qalan "Kəpəz"də maaşlar da verilmir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Gəncə klubunun futbolçuları və texniki heyətinə hələ noyabr ayının maaşı da verilməyib. AFFA-dan hər dəfə "yaxın günlərdə" məvaciblərin ödəniləcəyi ilə bağlı vədlər verilsə də, əməl olunmur. Halbuki, AFFA-dan maliyyələşən digər I divizion klublarında noyabrın maaşları artıq verilib.

Qeyd edək ki, Gəncə şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevin oğlu Elmir Vəliyevin "Kəpəz"in Müşahidə Şurasının rəhbərliyindən istefa verəndən sonra onun kluba rəhbərlik edən adamları da işdən çıxarılıb. Hazırda "Kəpəz"in rəhbərliyində heç kim təmsil olunmur. AFFA-nın kluba yeni rəhbər təyin edəcəyi deyilsə də, bu baş verməyib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->