Bu gün millimiz "Bakcell Arena"da Macarıstanla qarşılaşacaq.
Qaynarinfo Sport7.az-a istinadən xəbər verir ki, millinin oyununa maraq heç də yüksək deyil. Bilet satışı ləng gedir.
AFFA-nın fan-klublara pulsuz bilet paylaması belə problemi həll etmir. Son illərdəki uğur nəticələr, U-21 millisinin Lixtenşteynə biabırçı məğlubiyyəti, oyunun əlverişsiz məkanda keçirilməsi tribunaların boş qalmasını qaçılmaz edir.
Bu vəziyyətlə üzləşməmək üçün Neft Şirkətində çalışanlara da xeyli bilet paylanılıb. Əldə etdiyimiz məlumata görə AFFA tribunaları doldurmaq üçün bütün resursları işə salıb. Təlaş heç də səbəbsiz deyil. Lixtenşteynlə oyun AFFA rəsmilərinin gözünü qorxudub. Daha bir biabırçı məğlubiyyət Azərbaycan futbolunda təlatümlərə səbəb olacaq.
Şərhlər