İdman 18:09 02.07.2020

AFFA yeni mövsümün hakimlərini təsdiqlədi

AFFA-nın Hakimlər Komitəsi 2020/21 mövsümündə Azərbaycan Premyer Liqası və Birinci Divizionda fəaliyyət göstərəcək bir neçə yeni referi və referi köməkçisini təsdiqləyib. 

Qaynarinfo-nun məlumatına görə, mingəçevirli referi Rəşad Əhmədov Premyer Liqaya cəlb olunub. Kamran Bayramov isə elitada referi köməkçisi funskiyasını yerinə yetirəcək. 

Premyer Liqa, referi:
Rəşad Əhmədov

Premyer Liqa, referi köməkçisi:
Kamran Bayramov

Birinci divizion, referi:
Tural Qurbanov

Birinci divizion, referi köməkçiləri:
Hidayət Feyzullayev
Tərlan Talıbzadə
Vüsal Məmmədov