Foto 13:53 25.01.2022

Afrika Millətlər Kubokunda insident - 8 ölü, onlarla yaralı (FOTOLAR)

Afrika Millətlər Kuboku çərçivəsində Kamerunun paytaxtı Yaounde şəhərindəki "Paul Biya" stadionunda baş tutan Kamerun - Qəmər adaları matçında insident baş verib. 

Qaynarinfo "Mirror"a istinadən xəbər verir ki, matçı izləmək üçün stadiona daxil olmaq uğrunda mübarizə aparan azarkeşlərin görüntüləri ortaya çıxıb. Azarkeşlər stadiona daxil olmaq üçün bir-biri ilə vuruşub. İnsident nəticəsində 8 nəfər ölüb, onlarla insan yaralanıb. Tərəfdarların Yaounde şəhərindəki "Paul Biya" stadionuna daxil olmaq üçün mübarizə apardıqları, azarkeşlərin giriş qapısında əzilmələri görüntülənib. 

Son məlumatlara görə, 38 nəfər yaralanıb, yeddi nəfərin vəziyyəti isə ağırdır. AFP xəbər agentliyi isə ölənlər arasında bir uşağın olduğunu da bildirib. 

COVİD-19-la bağlı məhdudiyylərlə əlaqədar 60,000 tamaşaçı tutumuna malik stadionun 80%-nin dolmasına icazə verilib. 

Afrika Futbol Konfederasiyası məsələ ilə bağlı bəyanat yayaıb və hadisələrdən xəbərdar olduqları bildirilib. Bununla yanaşı insidentin araşdırıldığı və daha ətraflı məlumat əldə etməyə çalıdşıqları da bildirilib. 

Görüş Kamerun millisinin 2-1 hesablı qələbəsi ilə yekunlaşıb. Kamerun 1/4 finalda Qambiya ilə qarşılaşacaq.

Səbuhi Həsənov