Afrikada müəmmalı dəvə ölümlərinin səbəbi açıqlandı

Afrikada müəmmalı dəvə ölümlərinin səbəbi açıqlandı

Keniyada son aylarda 200-dən çox dəvənin ölümünə səbəb olan müəmmalı xəstəlik bəlli olub.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, ölmüş heyvanlardan götürülən test nümunələrinin cavabına görə dəvələr Yaxın Şərq Tənəffüs Yolu Sindromu Koronavirusu (MERS-CoV) səbəbindən tələf olublar.

Marsabit Səhiyyə Xidmətinin rəhbəri Adano Koçi dəvələrə baxan 3 nəfərdə də bu virusun aşkarlandığını deyib. Vəziyyətlərinin yaxşı olduğunu bildirib.

Qeyd edək ki, ilk dəfə Səudiyyə Ərəbistanında rast gəlinən MERS xəstəliyinin insanlara heyvanlardan keçdiyi məlumdur.

Camal
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR