İdman 12:19 22.11.2020

Afrikalı iş adamı Avropa nəhəngini satın alır

Nigeriyalı iş adamı Orji Kalu İngiltərənin "Arsenal" klubunu satın almaq üçün hərəkətə keçib.

Qaynarinfo xəbər verir ki, bununla bağlı milyarder özü açıqlama verib.

Orji Kalu bildirib ki, "Arsenal"ın səhmlərinin 35 faizini almaq və kluba kuboklar qazandırmaq istəyir. 

Eyni zamanda siyasətçi olan 60 yaşlı iş adamı 2000-2007-ci illərdə dəstək verdiyi Nigeriyanın "Enyimba" klubu ilə "Arsenal" arasında əməkdaşlıq qurmaq istədiklərini və beləliklə "Enyimba"nı daha da böyütməyi hədəflədiklərini bildirib.