Mərkəzi Afrika Respublikasında öldürülən rusiyalı jurnalistlərin nəşi Moskvaya gətirilir.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, əslən azərbaycanlı olan Heydər Camal, Aleksandr Rastorquyev və Kiril Radçenkonun nəşi öncə Fransanın paytaxtı Parisə, ordan da Rusiyaya aparılacaq.
Təyyarənin avqustun 5-də Moskvaya çatacağı bildirilir.
Jurnalistlərin dəfn mərasimi bazar günü Rusiya Daxili İşlər Nazirliyi tərəfindən təşkil olunacaq.
Qeyd edək ki, onlar "Vaqner” hərbi şirkəti haqqında sənədli film üzərində işləyirmişlər.
Şərhlər